QURBAN DEMƏK

çətin bir işin uğurlu alınması üçün Allah yolunda heyvan kəsib paylamağı əhd etmək.

QURBAĞA GÖLÜNƏ DAŞ ATMAQ
QURBAN GETMƏK
OBASTAN VİKİ
Qurban
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Məlikballı Qurban
Məlikballı Qurban (1790, Məlikballı – 1865) — XIX əsr Azərbaycan şairi və aşığı. == Həyatı == Məlikballı Qurban XIX əsrdə indiki Ucar rayonunun Məlikballı kəndində yaşamışdır. Mədrəsə təhsili almışdır. Aşıq şeiri üslubunda şeirlər yazmışdır. S. Mümtaz "El şairləri" kitabında Məlikballı Qurbanın qoşma, müxəmməs, təcnis və s. formalı şeirlərini vermişdir. F. Qasımzadə onu həm xalq şeiri, həm də klassik üslubda yazan sənətkar kimi təhlil etmişdir. XIX əsrdə xalq şeiri üslubunda yazıb-yaradan şairlər sırasında daha çox təhlil olunur. Şeirləri "Azərbaycan aşıqları və el şairləri" kitabında və digər toplularda verilmişdir. Onun məşhur "Vücudnamə"si aşıqlar arasında geniş yayılmışdır.
Neftçi Qurban
Qurban Abbasov (neftçi) — fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı. Qurban Abbasov (aktyor) — aktyor, Azərbaycan SSR əməkdar artisti.
Qurban (şahmat)
Qurban — Şahmat termini. Müəyyən edilmiş məqsədə nail olmaq üçün könüllü surətdə verilmiş maddi üstünlük.
Qurban Abbasov
Qurban Abbasov (neftçi) — fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı. Qurban Abbasov (aktyor) — aktyor, Azərbaycan SSR əməkdar artisti.
Qurban Bayramov
Qurban Bayramov (filosof) (1935—1996) — fəlsəfə elmləri doktoru, professor. Qurban Bayramov (tənqidçi) (d.
Qurban Bayramı
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimində Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. == Tarixi == Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.
Qurban Berdiyev
Qurban Bekiyeviç Berdiyev (türkm. Gurban Bekiýewiç Berdiýew; 25 avqust 1952-ci il, Aşqabad, Türkmənistan SSR, SSRİ) — sovet, Türkmənistan futbolçusu, müdafiəçi, yarımmüdafiəçi, Rusiya futbol məşqçisi. SSRİ idman ustası (1980) 2024-cü il 22 iyunda Tovuzun "Turan" klubunun baş məşqçisi təyin olunub. == İstinadlar == == Xarici keçidlər == Профиль Курбана Бердыева на официальном сайте ФК «Ростов». Arxivləşdirilib 2015-02-16 at the Wayback Machine // fc-rostov.ru Профиль Курбана Бердыева на официальном сайте ФК «Рубин». Arxivləşdirilib 2010-10-29 at the Wayback Machine // rubin-kazan.ru Профиль Курбана Бердыева, главного тренера ФК «Ростов» (Ростов-на-Дону). Статистика по турнирам, результаты матчей. // soccer.ru Андрей Анфиногентов и Евгений Дзичковский из Казани. Курбан Бердыев: «Успеть бы только завершить…» (часть 1). // sport-express.ru (5 ноября 2008 года) Андрей Анфиногентов и Евгений Дзичковский из Казани.
Qurban Cəlilov
Cəlilov Qurban Nizaməddin oğlu — texnika elmləri doktoru, professor, Azərbaycan MEA həqiqi üzvü. == Həyatı == Cəlilov Qurban Nizaməddin oğlu Azərbaycan Respublikasının Nuxa rayonunun Qışlaq kəndində anadan olmuşdur. 1950-ci ildə riyaziyyatçı ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1950–1953-cü illərdə Azərbaycan EA Fizika və riyaziyyat institutunun aspirantı olmuşdur. 1954–1958-ci illərdə Azərbaycan Neft Ekspedisiyasında kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 1954-cü ildə "Neftdaşıma kontorunun yerdəyişməsi və quyunun sulaşması ilə əlaqəli bəzi məsələlərin hidrodinamik tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1958–1960-cı illərdə AzETNÇİ-da böyük elmi işçi işləyib. 1960–1961-ci illərdə Azərbaycan EA Neft və qaz yataqlarının işlənilməsi institutunda böyük elmi işçi işləmişdir. 1961–2000-ci illərdə Azərbaycan EA DNQYPİ-da böyük elmi işçi, şöbə rəhbəri, 1974–1988-ci illərdə isə elmi işlər üzrə direktor müavini olmuşdur. 1963-cü ildə "Neftdaşıma (neftlilik) kontorunun yerdəyişməsi, quyuların sulaşması məsələləri və süzülmənin fəza məsələləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Qurban Hacıyev
Qurban Mehdizadə
Qurban Musayev
Qurban Musayev (Tam adı:Qurban İsabala oğlu Musayev; d.16 mart 1903; Bakı, Mərdəkan - ö.23 noyabr 1982, Bakı) — Şair, yazıçı, pedaqoq, dramaturq, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan əməkdar mədəniyyət işçisi (1953). == Həyat == 1903-cü il martın 16-da Bakının Mərdəkan qəsəbəsində dülgər ailəsində anadan olub. İbtidai təhsilini mollaxanada almış, 1915-19-cu illər Mərdəkanda aptekdə şagird işləmişdir. Atasının ölümündən sonra axşam məktəblərində təhsilini davam etdirəm dramaturq gündüzlər korrektor, müxbir, tərcüməçi və b. vəzifələrdə çalışmış, orta məktəbi bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinə daxil olımuşdur. 1929-cu ildə Bakı şəhəri və rayon zəhmətkeş deputatları Sovetinə deputat seçilmiş, 1932-ci ildə Yazıçılar Təşkilatı yenidən yarandıqdan sonra öz əsas yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi işçi və kino-dramaturgiyanı öyrənmək üzrə kino-məsləhətçi, ədəbi hissə müdiri işləmişdir. 1932-35-ci illərdə neftçilərin həyatından yazdığı "Qızıl bulaq", "Şərqin qalası" pyesləri tamaşaya qoyulmuş, "Ölüm dərəsi" kino-ssenarisi Bakı kinostudiyasında çəkilmişdir. 1935-ci ildə Moskva akademiya tipli ssenari fakültəsində natamam ali təhsil almışdır. 1982-ci il noyabrın 23-də Bakıda vəfat etmişdir.
Qurban Məlikballı
Məlikballı Qurban (1790, Məlikballı – 1865) — XIX əsr Azərbaycan şairi və aşığı. == Həyatı == Məlikballı Qurban XIX əsrdə indiki Ucar rayonunun Məlikballı kəndində yaşamışdır. Mədrəsə təhsili almışdır. Aşıq şeiri üslubunda şeirlər yazmışdır. S. Mümtaz "El şairləri" kitabında Məlikballı Qurbanın qoşma, müxəmməs, təcnis və s. formalı şeirlərini vermişdir. F. Qasımzadə onu həm xalq şeiri, həm də klassik üslubda yazan sənətkar kimi təhlil etmişdir. XIX əsrdə xalq şeiri üslubunda yazıb-yaradan şairlər sırasında daha çox təhlil olunur. Şeirləri "Azərbaycan aşıqları və el şairləri" kitabında və digər toplularda verilmişdir. Onun məşhur "Vücudnamə"si aşıqlar arasında geniş yayılmışdır.
Qurban Məmmədov
Qurban Məmmədli (2 aprel 1959, Cəhri, Naxçıvan rayonu) — hüquqşunas, siyasətçi. [mənbə göstərin] == Həyatı == Qurban Cəlal oğlu Məmmədov (indi Məmmədli) 2 aprel 1959-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində (indi qəsəbə) anadan olub. Orta təhsilini 1966–1976-cı illərdə Ordubad rayonunda Füzuli adına orta internat məktəbində alıb. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1982–1987-ci illərdə BDU-da hüquq üzrə təhsil almışdır. 1987-ci ildə təyinatla göndərildiyi Sabirabad hüquq məsləhətxanasında vəkil kimi əmək fəaliyyətinə başlamışdır. == Siyasi fəaliyyəti == 1989-cu ilin iyun ayında yeni yaranmış Azərbaycan Xalq Cəbhəsinin (AXC) Sabirabad Rayon Şöbəsinin sədri seçilmişdir. [mənbə göstərin] 1995–1998-ci illər arasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuşdur. [mənbə göstərin] Bir müddət Azərbaycan Demokrat Partiyasının üzvü olmuşdur. 5 fevral 1998-ci ildən 2003-cü ilədək 5 il müddətinə həbs edilmişdir.
Qurban Məsimli
Məsimov Qurban Abdulla oğlu (26 yanvar 1971, Şəki) — Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2013-cü ildən).27 dekabr 2016-cı il Fəxri Mədəniyyət İşçisi."Humay" mükafatı laureatı-2019 Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). == Həyatı == Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988–1993-cü illərdə Ə. Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində, 1995–2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir. 1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000–2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm aparıcı və quruluşçu rejissor.. Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı və quruluşçu rejissoru olub.
Qurban Məsimov

Qurban Namazov
Qurban Namazov (tam adı: Qurban İbrahim oğlu Namazov) — Azərbaycan Respublikası Hesablama Palatasında Baş məsləhətçi. == Həyatı == Qurban İbrahim oğlu Namazov 25.10.1947-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1954-cü ildə Basarkeçər rayon Daşkənd kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1965-ci ildə Bərdə rayon Yeni Daşkənd kənd orta məktəbinin XI sinfini bitirmişdir. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsinə qəbul olunmuş və 1970-ci ildə həmin institutun "Sənaye və mülki tikinti"ixtisasını əla qiymətlərlə bitirmişdir. 1970-1972-ci illərdə təyinat üzrə Yoşkarola və Sevastopol şəhərlərində hərbi tikinti sahəsində mühəndis-zabit kimi xidmət etmişdir. 1972-1974-cü illərdə Mingəçevir Politexnik Texnikumunda müəllim və Azərbaycan Avtonəqliyyat Nazirliyinin Mingəçevir Tikinti İdarəsində rəis işləmişdir. 1974-1976-cı illərdə Qazaxıstan Respublikasının Ağırsənayetikinti Nazirliyinin "Almaatamənziltikinti" tresti sistemində böyük mühəndis, şöbə rəisi və baş mühəndis vəzifələrində Alma-Ata şəhərinin mühüm obyektlərin tikintisində çalışmışdır. 1976-cı ildə valideynlərinin Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonunun Yeni Daşkənd kəndinə yenidən köçməsi ilə əlaqədar o, Bərdə rayonuna qayıtmışdır. 1977-1978-ci illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin Bərdə 4 saylı trestində şöbə rəisi işləmişdir. 1978-1986-cı illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin Nəzarət-Təftiş İdarəsində təftişçi və böyük təftişçi, 1986-1991-ci illərdə "Aqrarsənayetikinti" və "Kəndtikinti" Birliklərində Nəzarət- Təftiş İdarəsinin böyük təftişçi, rəis müavini və rəisi vəzifələrində işləmişdir.
Qurban Namazəliyev
Qurban Hüseyn oğlu Namazəliyev (17 noyabr 1947, Horadiz, Qaryagin rayonu – 20 noyabr 1991, Xocavənd rayonu) — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini (1991), Qarakənd faciəsinin şəhidi. == Həyatı == Qurban Hüseyn oğlu 17 noyabr 1947-ci ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. 1954–1965-ci illərdə orta məktəbdə təhsil almış, Azərbaycan Politexnik İnstitutunu 1971-ci ildə bitirdikdən sonra Bakı şəhəri 4 №-li tikinti trestində mühəndis, usta, sahə rəisi və baş mühəndis vəzifəsində çalışmağa başlamışdır. Nazirlər Sovetində tikinti şöbəsində işləmişdir. 5 il Naftalan şəhər sovetinin sədri vəzifəsini icra etmişdir. 1991-ci il avqust ayından Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini təyin edilmişdir. 1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulmuş və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – dövlət katibi, Məhəmməd Əsədov – Daxili İşlər Naziri, İsmət Qayıbov – Azərbaycan Respublikasının Baş Prokuroru və digər şəxslərlə bərabər Qurban Namazalıyev də şəhid olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilib. == Ailəsi == Qurban Namazalıyev Xurşud xanımla ailə qurmuşdur. Ruslan adlı oğlu, Leyla və Nigar adlı qızları vardır.
Qurban Pirimov
Qurban Baxşəli oğlu Pirimov (Primov) (oktyabr 1880, Gülablı – 29 avqust 1965, Bakı) — Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti (1931). == Həyatı və fəaliyyəti == Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir. Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q. Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür.
Qurban Primov

Qurban Qurbanov
Qurban Osman oğlu Qurbanov (13 aprel 1972, Aşağı Tala, Zaqatala rayonu) — Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. 2017–2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur. Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub. 1992–2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir.
Qurban Qəzənfərli
Qurban Sultanov
Qurban Camal oğlu Sultanov (Soltanov) (22 mart 1919, Gəncə – 30 sentyabr 1999, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972). == Həyatı == Qurban Camal oğlu Sultanov 22 mart 1919-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tbilisi şəhərindəki Zaqafqaziya Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsil almış, buranı 1941-ci ildə bitirmişdir. 1941–1945-ci illər Böyük Vətən müharibəsi zamanı Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və başqa şəhərlərin azad edilməsində iştirak etmiş, 1945-ci ilin oktyabr ayında kapitan rütbəsində ordudan tərxis edilmişdir. Müharibədən qayıtdıqdan sonra Qurban Sultanov 1946–1948-ci illərdə Azərbaycan Dəmiryolu Həmkarlar İttifaqı komitəsində şöbə müdiri, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində və Mərkəzi Komitədə təlimatçı vəzifəsində işləmişdir. Daha sonra yenidən istehsalata qayıtmış, "Azərdəniznefttikinti" sistemində məsul vəzifələrdə çalışmışdır. 1961-ci ilədək Azərbaycanın tikinti təşkilatlarında rəhbər işlərdə işləyən Qurban Sultanov 1962-ci ildən Azərbaycan tikinti nazirinin müavini, həmin nazirliyin 3 nömrəli trestinin müdiri olmuşdur. 1969-cu ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1969–1972-ci illərdə Azərbaycan SSR sənaye tikintisi naziri vəzifələrində işləmişdir. 1972-ci ilin may ayından Azərbaycan energetika müəssisələri tikintisi trestinin mühəndisi olmuşdur. 1974-cü ildən uzun müddət Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin tabeliyindəki Bakı şifer kombinatının müdiri vəzifəsində çalışmışdır.
Qurban Süleymani
Hacı Qurban Süleymani (1920, Qoçan, Rəzəvi Xorasan ostanı – 20 yanvar 2008) — Xorasan türklərinin tanınmış Baxşi (aşıq), dutar musiqiçisi və müğənnilərindənidir ki, Nişapurun Əliabad kəndində dünyaya gəlmişdir. == Təltifləri == Fransanın Lion musiqi festivalında birinci yeri qazanmışdır.
Qurban Səid
Qurban Səid — ilk dəfə 1937-ci ildə Avstriya naşiri E. P. Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifinin istifadə etdiyi təxəllüsdür. Romanın hal-hazırda 30-dan çox dildə nəşri mövcuddur. == "Qurban Səid" təxəllüsünün mənası == Romandakı hadisələrin cərəyan etdiyi ölkə olan Azərbaycanda "Kurban" "Qurban" kimi tələffüz olunur. Sözün kökü semit dillərinə – ərəb və ivrit dillərinə gedib çıxır. Yaxın Şərq mədəniyyətləri üçün ortaq sayılan ənənəvi dini anlayış olan bu ifadə "qurban" mənasını verir. "Səid" isə "şən", "xoşbəxt" mənalarını ifadə edir. Lakin türk dillərində olduğu kimi, Azərbaycan dilində də sifət isimdən əvvəl gəlir və onu təyin edir. Buna görə də "xoşbəxt qurban", "şən qurban" mənalarının dəqiqliklə ifadə edilməsi üçün sözlər "Səid Qurban" kimi yerini dəyişməlidir. Bu ideya romanın xoşbəxtlikdən uzaq süjet xətti ilə ziddiyyət təşkil edir. Əvvəlindən sonuna kimi romana qəmgin melanxolik mövzu hakimdir.